“Türkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” - Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA

“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın fəaliyyəti nədən ibarət olacaqsa, Türkiyənin də fəaliyyəti ondan ibarət olacaq”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.
O bildirib ki, bu mərkəzdə Rusiya ilə Türkiyə birlikdə çalışacaq:
“Təbii ki, ev sahibi ölkə olaraq Azərbaycanın rolu önəmlidir. Amma mərkəzin fəaliyyəti, idarəçiliyi barədə sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə İşçi qrupu çərçivəsində müəyyən ediləcək. Daha sonra danışıqlar barədə Azərbaycana da məlumat veriləcək.
Amma ümumi olaraq nəzarət mərkəzi atəşkəsə havadan, qurudan nəzarəti həyata keçirəcək. Atəşkəsi pozan olarsa, bu bildiriləcək və həmin tərəfə qarşı hansı tədbirlərin görülməsi müəyyən ediləcək.
Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Nəticədə, bu üçtərəfli razılaşma imzalandı və bu mərkəz qurulur”.
Könül Cəfərli
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












