Vaşinqtonda Vətən Müharibəsi şəhidləri anılıb - FOTO

4 dekabr tarixində Vaşinqton vaxtı ilə saat 12:00-da Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində Vətən Müharibəsi nəticəsində Ermənistan işğalı altında olan ərazilərimizin azad olunması zamanı həlak olan şəhidlərimizin anım mərasimi keçirilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə öz həyatlarını qurban vermiş qəhrəman zabit, gizir və əsgərlərimiz, habelə soydaşlarımızın xatirəsinin daim yüksək fəxarətlə yad edilməsinin, onların ailələrinə dəstəyimizin əsirgənməməsinin vacibliyi səfir Elin Süleymanov tərəfindən vurğulanıb.
Səfir şəhidlərimizin vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı səhifəsinə öz qanları ilə tarix yazdıqlarını, bugün hər birimizin onlara borclu olduğumuzu diqqətə çatdırıb. Torpaqlarımızın işğaldan azad olunmasından sonra, daha fəal şəkildə Azərbaycan həqiqətlərinin və ölkəmizin haqq səsinin ABŞ ictimai-siyasi dairələri arasında təbliğ olunmasının, bölgəmizin inkişafı naminə səylərin daha da genişləndirilməsinin vacib olduğu bildirilib.



Maşında kondisionerin xarab olduğunu GÖSTƏRƏN 5 ƏLAMƏT
Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib










