"Vergi və rüsumların ləğvi hibrid və elektrikli avtomobillərin idxalında artıma səbəb olub"

Vergi və rüsumların ləğvi son illərdə hibrid və elektrikli avtomobillərin idxalında əhəmiyyətli artıma səbəb olub.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda panel müzakirələr zamanı bildirib.
"İctimai nəqliyyatın elektrikləşdirilməsi ən ambisiyalı layihələrdən biridir. Gələn ay 160 yeni elektrobusun istifadəyə verilməsi yalnız başlanğıcdır və yaxın illərdə onların sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq. Həmçinin, vergi və rüsumların ləğvi son illərdə hibrid və elektrikli avtomobillərin idxalında əhəmiyyətli artıma səbəb olub", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın aviasiya parkının genişləndirilməsi, metro infrastrukturunun müasirləşdirilməsi, Azərbaycan Dəmir Yollarının müasir elektrovaqonlarla təchiz edilməsi, dəmiryolu şəbəkəsinin elektrikləşdirilməsi və dəmir yolu ilə daha ekoloji cəhətdən təmiz daşımaların təmin edilməsi Azərbaycanın karbon dioksid emissiyalarını azaltmaq və davamlı inkişafı ölkənin nəqliyyat siyasətinin əsasına daxil etmək istiqamətində sadiqliyini nümayiş etdirir.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA










