Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı - FOTO

Qırx dörd günlük Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Azərbaycan Milli Ordusunun əsgəri Sadıqov Elnur Kərim oğludur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elnur Sadıqov 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətinin 15-ci ayında Vətən müharibəsi başlanıb. Şəhid əsgər E.Sadıqov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib.
Şəhidin atası Kərim Sadıqov deyir ki, oğlu döyüşlərə müharibənin ilk günlərindən qoşulub. Döyüşlərdə yaralansa da valideynlərinə deməyib və yenidən döyüşlərə qoşulub.
İgid döyüşçü oktyabrın 16-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır














