Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO
Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.
"Report"un Muğan bürosu Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan şəhid Əli Qəmbərovun ailəsində olub, onun döyüş yoluna nəzər salıb.
Ailə üzvlərinin sözlərinə görə, Əlinin ən böyük arzusu hərbçi olmaq idi.
Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng edərək zəfər qubanı kəsməsini xahiş edib.
Əli Qəmbərov bir neçə gərgin döyüşdə şücaətləri ilə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










