Vətən müharibəsinin qəhrəman şəhidi: Onu siz də TANIYIN - FOTO - VİDEO

Vətən müharibəsində canlarını fəda edən igidlərimizi tanımaq hər birimiz mənəvi borcudur. Çünki məhz onların sayəsində biz bu gün Azərbaycanın ərazi bütovlüyünü bərpa edə bilmişik. Avtosfer.az Qarabağ savaşında qəhramanlıq göstərmiş igid qəhrəmanımız haqqında məlumat təqdim edir.
Quliyev Şəhriyar Nəsib oğlu 25 may 1990-cı ildə Ağdam şəhərində anadan olub. Ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Uşaqlıqdan idmana maraq göstərən Şəhriyar Xüsusi Təyinatlı Qüvvələrin (X.T.Q) döyüş qurupunda kəşfiyyatçı olub.
Şəhriyar 2016 ci il aprel döyüşlərində iştirah edib. Vətən Müharibəsində yenidən meydana atılan igidimiz Cəbrayıl ,Füzuli, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşüb. 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Sonuncu dəfə Qubadlının uğrunda döyüşündə düşmən sayca 3 dəfə çox olub. Şəhriyar rəşadətlə döyüşüb və iki döyüş yoldaşını döyüş meydanından yaralı çıxardıb. Lakin özü qəhrəmancasına şəhid olub. Camal və Ramal adlı iki oğlu yadigar qalıb. Allah rəhmət eləsin!
Orxan Əli
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR































