«Volkswagen Touareg» artıq özü sürücüsüz park edə biləcək

«Volkswagen Touareg»ə sükan arxasında bir sürücü olmadan park etmək öyrədilib. Krossover üçün belə bir seçim demək olar ki, 100 min rubla (2000 azn- civarı) başa gəlir. Avtosfer.az bildirir ki, yolsuzluq avtomobili olan «Touareg» artıq uzaqdan idarə oluna biləcək. Bu paketin adı «Park Plus»dur. Yeni funksiya ilə avtomobil kiçik bir ərazidə də park edə bilər, eyni zamanda sürücünün birbaşa iştirakı olmadan park yerindən çıxmağı da bacarır. Bu sistem ilə sürücü dayanacağın qarşısında avtomobildən düşrək onu girişə qədər sürə bilər. «Volkswagen Touareg» belə bir funksiyaya sahib ilk avtomobildir. Bu sistem «VW Remote Park Assist Plus» tətbiqi ilə birlikdə işləyir, smartfon uzaqdan idarəetmə funksiyasını yerinə yetirir. Bunun üçün sadəcə park manevrini aktivləşdirmək lazımdır. Təhlükəsizlik məqsədi ilə bütün manevr boyunca smartfon ekranındakı düyməyə basılmalıdır.
Aysel
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












