Xalq artistinin Şuşadakı evinin görüntüləri - VİDEO

Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, ictimai xadim, Süleyman Ələsgərova həsr olunmuş videoçarxı nümayiş etdirilib.
Görüntülərdə bəstəkarın Şuşadakı evinin videogörüntüləri, həyat və yaradıcılığını əks etdirən fotolar yer alıb.
S.Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olub. 1943-cü ildə Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru olub.
O, 1954-1956-cı illərdə Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi, 1960-1971-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, daha sonra isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru vəzifələrində çalışıb.
Yaradıcılığında operetta janrı əsas yer tutur. “Məhəbbət gülü” (1945), “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan, ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Subaylardan görəsiniz”, “Gurultulu məhəbbət” operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır.
Onun “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfonik muğamı, simfonik poema və süitaları, üç tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), “Tarantella”, “Rəqs-tokkata”, “Rondo”, “Aşıqvari”, Qanun aləti üçün yazdığı “Poema”(“Rapsodiya”) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.
1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışıb.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə vəfat edib.
Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər
Maşında kondisionerin xarab olduğunu GÖSTƏRƏN 5 ƏLAMƏT
Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”










