Xankəndidə məktəb binası minadan təmizlənib

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı sosial əhəmiyyətli obyektlərin minalardan təmizlənməsi üzərində işi davam etdirir. Avtosfer.az Sputnik-in erməni bölməsinə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ötən gün ərzində Xankəndidə yerləşən 10 saylı orta məktəbin ərazisindəki partlayıcı maddələrin axtarışı və təmizlənməsi başa çatdırılıb. Eyni zamanda elektrik enerjisi, istilik təchizatı, habelə lazımi ləvazimatların təhlükəsiz çatdırılması istiqamətində iş aparılıb.
Yaxın gələcəkdə Rusiya sülhməramlılarının dəstəyi ilə başqa təhsil müəssisələrinin açılması planlaşdırılır.
Qeyd edək ki, bu günə kimi mühəndis bölmələri Dağlıq Qarabağda 34 hektardan çox ərazini, 12 kilometrə yaxın yolu minalardan təmizləyib, 110-dan çox evi və sosial obyekti yoxlayıb. 1077 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












