Xızı polisi qazimizi ziyarət etdi - FOTO

Bu ilin sentyabrında Vətən savaşına başlayan müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək, xalqımıza qələbə sevinci yaşatdı.
Ərazi bütövlüyümüz uğrunda vuruşaraq qanı ilə tarix yazan və Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin atdığı mərmi nəticəsində baş nahiyyəsindən ağır yaralanan igid oğullarımızdan biri də Xızı rayonunun Giləzi qəsəbəsində dünyaya göz açan Eltun Camalovdur.
Yeri gəlmişkən, noyabrın 21-də igidimizin 19 yaşı tamam olur. Bu münasibətlə onu ziyarət edənlərin arasında Xızı Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi də var.
Qazimizlə görüşən şöbə rəisi, polis polkovniki Faiq Hüseynov Vətən müharibəsinin qələbə ilə bitməsi, eləcə də ad günü münasibəti ilə onu təbrik edib, tezliklə sağalmasını arzulayıb.
Göstərdikləri dəstəyə görə Eltun Camalov və ailəsi Azərbaycan polisinə minnətdarlıqlarını ifadə ediblər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












