Xüsusi təyinatlı: Əlilliyə baxmayaraq, yenə də cəbhəyə yollandı - FOTO - VİDEO

İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək və torpaqlarını azad etmək istəyində nə qədər bir və həmrəy olduğunu nümayiş etdirdi. Hamı çoxdan gözlənilən qələbəyə öz töhfəsini verməyə çalışıb; bəziləri ön cəbhədə, bəziləri informasiya cəbhəsində, bəziləri də arxa cəbhədə.
Media.Az şanlı qələbəmizə töhfə verənlərdən biri - “Aprel döyüşləri”ndə yaralandığı üçün Vətən müharibəsində arxa cəbhədə xidmət edən 30 yaşlı xüsusi təyinatlımız Səxavət Salmanovdan yazıb.
Xüsusi təyinatlı kəşfiyyatçımız 2012-2015-ci illərdə düşmənə qarşı bir sıra əməliyyatlarda iştirak edib. 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə isə ağır yaralanıb. Səxavət Salmanov “Qüsursuz xidmətə görə”, III dərəcəli “Hərbi xidmətdə fərqlənmə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan ordusunun 100 illiyi” medalları ilə təltif olunub.
“Aprel döyüşləri” zamanı ağır qəlpə yarası alan hərbçimiz irəli getməyə davam edib. Qəhrəman xüsusi təyinatlımız huşunu itirib və xəstəxanaya çatdırılıb.
Səxavət Salmanovun ağciyərindən böyük bir qəlpə çıxarılsa da, beş qəlpə hələ də bədənində qalmaqdadır. Bundan əlavə kəllə-beyin travması alan xüsusi təyinatlımızın başına 17 tikiş vurulub.
Bundan sonra II qrup əlillik dərəcəsi verilən xüsusi təyinatlımızın içindəki vətən sevgisinə hətta bu məhdudiyyətlər də mane ola bilməyib.
Vətən müharibəsi başladıqdan sonra təkidlə cəbhəyə yollanmaq istəyən Səxavət Salmanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq bu istəyi təmin edilməyib. Lakin o dəfələrlə müraciət edib və nəhayət arxa cəbhədə olsa da, müzəffər Azərbaycan ordusunun uğurlarına öz töhfəsini verib.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










