Yağışda ən çox zərər görən maşınlar hansılardır? - "Sürücülər məhkəməyə verməlidir..."

Məlum olduğu kimi, sentyabrın 28-də Bakıya yağan güclü yağış əksər yollarda hərəkəti iflic edib.
Bu barədə sosial şəbəkələrdə çoxsaylı foto və videolar paylaşılıb. Əksər yollarda yağış suları yollara yığılıb və avtomobillər hətta bəzi yerlərdə təkərin yarısına qədər suyun içində qalıb. Bu məqamda məsələnin əsas tərəfi həmin suların avtomobillərə hansı ziyan vurmasıdır. Bundan əlavə, görəsən, belə vəziyyətlərdə hansı maşınlara daha çox zərər dəyir?
AAvtosfer.az xəbər verir ki, tanınmış avtomobil eksperti Elməddin Muradlı lent.az-a bildirib ki, yağış sularının maşınların mühərrik hissəsinə düşməsi həm ekologiyaya, həm də avtomobilə ciddi ziyan vurur:
Elməddin Muradlı
“Yağış yağanda Bakı yollarındakı kollektorlar düzgün işləmədiyi üçün bərbad vəziyyət yaranır. Bu səbəbdən sürücülərə çox ciddi ziyan dəyir. Həm vaxt itkisi olur, həm tıxac yaranır və s. Bu zaman sürücülər alternativ üsullar axtarır ki, yollarda yaranmış gölməçələrə düşməsinlər. Çünki maşının ötürücü qutularına, mühərrik hissəsinə su düşərsə, oradakı yağla kimyəvi reaksiyalar gedir. Bu, ekologiyaya ziyandır. Çünki su ilə qarışan yağ asfalta çökür, sonra kanalizasiya olan yerlərdə dənizə axır.
Yolların niyə bu vəziyyətdə olmasının dəqiq səbəbləri bilinmir. İllərdir AAYDA və "Azərsu" bir-birini ittiham edir. Yağış sularının yollarda yığılıb qalması ekologiyadan əlavə avtomobillərə də ciddi ziyan vurur. Nəqliyyat vasitələri sıradan çıxır, elektrik sistemləri ərp bağlayır və sonradan həmin maşınlar yanmağa başlayır. Belə vəziyyətdə köhnə sovet maşınları daha risklidir. Ona görə də sürücülər mümkün qədər çalışıb gölməçələrə düşməməlidir. Ya dönüb geriyə qayıtmalıdır, ya durub gözləməlidir, ya da birtəhər yandan keçməlidir. Əgər maşın gölməçəyə düşsə, əksər hallarda mühərrik sönür və maşın orda qalır. Yaxud bu problem aylar sonra üzə çıxacaq. Xüsusən, xaricdən gətirilən vurulmuş, əzilmiş maşınlar daha tez su çəkir”.
Həmsöhbətimiz yaranan problemlərlə bağlı aidiyyatı qurumları məhkəməyə vermək barədə sürücülərə çağırış edib:
“Əgər sürücülər yollarda yığılan yağış sularının maşınlarına ciddi ziyan vurduğunu sübut edə bilsələr aidiyyatı qurumlara qarşı iddia qaldıra bilərlər. Bu təcrübədə də sınaqdan keçirilib. Əməkdaşımız Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırıb və dəymiş ziyanı ödətdirib. Aidiyyatı qurumları ancaq bu vasitə ilə tədbir görməyə məcbur etmək olar. Onda başa düşərlər ki, vətəndaşlar artıq hüquqlarını bilir və dəymiş ziyanın ödənilməsini tələb edirlər. Yoxsa indiki halda təəssüf ki, sürücülərin əksəriyyəti bundan xəbərsizdir. Avtomobilləri yağış suyunda qalır, mühərrik sönür, elektrik sisteminə su dəyir və sonradan ciddi problem yaranır. Daha sonra həmin maşını başqasına satırlar və problem olduğu kimi davam edir”.
Bəzi nəqliyyat vasitələrinin idxalı ƏDV-dən azad edilə bilər
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox











