Yanacaq nasosunun ömrünü uzatmağın sirləri

"Yanacaq nasosunun nasazlıqları avtomobilin tam sıradan çıxmasına səbəb ola bilər". Avtosfer.az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Sergey Ponomaryov məlumat verib.
Onun sözlərinə görə, bir neçə qaydaya əməl etməklə avtomobilin bu hissəsinin ömrünü uzatmaq olar.
"Maşını boş çənlə sürməkdən çəkinmək vacibdir, yanacaq səviyyəsinin ümumi həcmin ¼-dən aşağı düşməməsi tövsiyə olunur. Nasos yanacaqla soyudulur və onun çatışmazlığı elementlərin qızmasına, sürtünmənin artmasına və hissənin resursunun azalmasına səbəb olur", - deyə ekspert izah edib.
Onun sözlərinə görə, həmçinin keyfiyyətsiz yanacaq ola biləcək naməlum yanacaqdoldurma məntəqələrindən (YDM) uzaq durmaq lazımdır.
O, aşağıkeyfiyyətli benzinin mühərrikin işinə mənfi təsir göstərən qarışıqlar ehtiva etdiyini bildirib.
"Yanacaq sistemində dərin və incə təmizləmə filtrləri təsadüfən nəzərdə tutulmayıb. Onları hər 20 min km yürüşdən sonra dəyişdirmək lazımdır. Filtrlər çirkləndikdə nasosa düşən yük artır və bunun nəticəsində onun xidmət müddəti kəskin şəkildə azalır", - deyə ekspert sözlərini yekunlaşdırıb.
(oxu.az)
Avtomobilin nömrəsi itərsə, eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Dizel avtomobillərin sonu yaxınlaşır... - Bu tarixdən dövriyyədən çıxarılacaqlar
Qərar təkcə benzin və dizellərə aid deyil - DİQQƏT!
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?












