Yanacaq qatqıları: faydalıdır, yoxsa zərərli?

Ötən həftə mühərrik yağı qatqıları barədə amerikalı avtobloqerlərin keçirdiyi sınaqlar barədə məlumat vermişdik. İndi növbə yanacaq qatqılarınındır.
Avtosfer.az xəbər verir ki, Vaşinqtonlu avtobloqerlər yanacaq qatqılarını laboratoriya şəraitində sınaqlarının nəticələrini elan ediblər. Maraqlıdır ki, bu dəfə nəticələr ürəkaçan olub.
Yağ qatqılarından istifadənin qətiyyətlə əleyhinə çıxan bloqerlər yanacaq qatqıları barədə tam ayrı cür düşünürlər. Onların fikrincə, daha doğrusu laboratoriya nəticələrinə görə, bu əlavələr injektorda, yüksək təzyiqli yanacaq nasosunda, yanma kamerasında, forsunkalarda, yanacaqötürən magistrallarda toplanan qatran və çöküntüləri təmizləyir. Son nəticədə mühərrikin ömrü uzanır.
Bloqerlər bildidirlər ki, mühərrikin uzun müddət normal işləməsini arzulayan sürücülər yağa deyil, yanacağa müəyyən əlavələr etməlidirlər. Yağ məsələsində yeganə düzgün iş uyğun gələn yağ və filtri seçmək, yağdəyişmə müddətini bir qədər qısaltmaqdır.
Vüqar
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










