Yəhudi icması üçün xüsusi avtobus

Xəbər başlığını görən oxucu bəlkə də bir anlıq tarixi yadına salacaq. Hitler Almaniyasında 1939-cu ildə yəhudilərin ictimai nəqliyyatdan istifadəsi qadağan edilmişdi. Polşa və digər ərazilərdə isə onlar yalnız xüsusi nişanlanmış tramvayla hərəkət edə bilərdilər. Lakin böyük filosof Marksın dediyi kimi tarix ikinci dəfə təkrarlanır.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl Londonda 2 yəhudi məhəlləsi arasında xüsusi avtobus reysi təşkil edilib. Bələdiyyənin bu addımı atmaqda məqsədi son aylarda artan antisemit davranışlar fonunda yəhudi icmasının təhlükəsizliyini təmin etməkdir. Artıq bu məhəllədən digərinə hərəkət edən yəhudi əsilli londonluların avtobus dəyişməsinə zərurət qalmayacaq. Avtobuslar saat 7.00-dan 19.00-dək xidmət göstərəcək.
Bu xəbəri gördükdə insanın ağlına istər-istəməz belə bir sual gəlir. Oxşar hadisə Azərbaycanda olsa Qərb buna necə reaksiya verərdi? Cavab məlumdur.
Fərq budur ki, əsrlərdir Azərbaycanda çox sayda xalqın nümayəndələri və müxtəlif dinlərin daşıyıcıları mehriban şəraitdə yaşayırlar. Antisemitizm, irqi və dini ayrıseçkilik bizim ölkəmizə yaddır.
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












