Yeni “Range Rover”in ilk görüntüləri yayıldı – FOTO

“Range Rover”-in 2022-ci il modelinin rəsmi təqdimatına bir həftə qalmış, yeni avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Böyük ehtimalla gizli çəkilmiş şəkillərdə bir çox yenililikləri görmək mümkündür.
2022-ci il “Range Rover”i ümumi xarici görünüşü baxımından, əsasən öz sələfinə bənzəsə də, daha xırda radiator barmaqlıqları, fərqli ön işıqlar və “Evoque”, “Velar” kimi modellərdəkinə oxşar qapı dəstələri ilə fərqlənir.
Avtomobilin arxa hissəsi daha çox dəyişikliyə uğrayıb. Burada ilk növbədə nazik şaquli işıqlar diqqəti cəlb edir.
Yeni model texniki cəhətdən də seçilir. O, tamamilə fərqli “MLA Flex” platforması üzərində çalışır.
İlkin ehtimallara görə, avtomobildə 3 litrlik V6 və ya 4.4 litrlik V8 mühərrikləri quraşdırılacaq.
2022-ci il “Range Rover”i həm standart, həm də genişləndirilmiş təkər bazası ilə təklif ediləcək.
Onun qiymətinin 90 min funt-sterlinqdən başlayacağı güman edilir.///oxu.az
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ












