Yerüstü radardan yayındı, helikopterdən yayına bilmədi – 285 km/saat - VİDEO
Avropada ən çox radarın olduğu ölkələrdən biri İspaniyadır. Buna rəğmən ölkədə sürət həddini aşanlar tapılır. Eynən İspaniyaya istirahətə gəlmiş bu irlandiyalı kimi.
Avtosfer.az xəbər verir ki, “Porsche 911”lə sürət həddini aşan sürücü elə düşünür ki, heç kim görmür. Lakin polis helikopterinin onu izlədiyindən xəbəri yox idi. Helikopter presizion sürətölçmə radarı ilə təmin edilib və xətası yox sayılacaq qədər azdır. Beləcə, avtomobil 285 km/saat sürətlə radara düşür.
Təbii ki, helikopter qayda pozana müdaxilə etmir. Heyət məlumatı yerdə xidmət aparan heyətə ötürür və avtomobil saxlanılır. Sürücü Madrid polis idarəsinə dəvət edilir. Orada izah edilir ki, ölkədə maksimal sürət 120 km/saat olduğu halda, o 285 km/saat sürətlə gedib. Yəni, normanı 165 km/saat aşıb. Onu ağır cərimə, qısa müddətli həbs və 4 il İspaniyada nəqliyyat vasitəsini idarə etmək qadağası gözləyir.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı











