Zəngilanın gəzməli-görməli yerləri haqqında VİDEO
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Zəngilanın gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.
Avtosfer.az xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi tvitter səhifəsində etdiyi paylaşımla məlumat verib.
“Azad edilmiş torpaqlarımızın geniş turizm potensialı var. Biz artıq bu potensialı qiymətləndiririk. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi Zəngilanın gəzməli-görməli yerlərini təqdim edirik”, -deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Zəngilanın gəzməli-görməli yerləri, o cümlədən XIV əsrdə inşa edilmiş, səkkizguşəli prizmadan ibarət Məmmədbəyli türbəsi, XII əsrə aid edilən qədim Şərifan şəhərinin qalıqları, Ağbiz kəndində yerləşən eyni adı tarixi bulaq, xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan ağ rəngli daş, rayonun Babalı kəndində yerləşən alban kilsəsi və 1974-cü ildə 107 hektar ərazidə əsasən nadir təbii çinar meşəliyini qorumaq məqsədilə yaradılmış Bəsitçay qoruğu haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunmuşdu.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?











