İNTERPOL rəhbəri və baş prokurorlar Bakıda ağac əkdi - FOTO

Beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri və xarici dövlətlərin Baş prokurorları tərəfindən paytaxt ərazisində ağaclar əkilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi”nə həsr olunmuş yüksək səviyyəli sessiyadan öncə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Bülbülə gölünün yanındakı yeni salınmış “Eco park”da Baş prokuror Kamran Əliyevin, İNTERPOL-un rəhbərinin, eləcə də 15 ölkənin, o cümlədən Türkiyə, Moldova və Monqolustan Respublikalarının baş prokurorları və digər yüksək vəzifəli şəxslər də daxil olmaqla 90 nəfərin iştirakı ilə 200 ədəd xatirə ağacı əkilmiş, bununla həmin parkda ümumilikdə əkilmiş ağacların sayı 1700-ə çatdırılıb.
Bakı şəhəri, Suraxanı rayon sakinlərinin ekoloji şəraitinin yaxşılaşdırılmasına yönəlmiş parkın salınması Baş prokurorun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü münasibətilə simvolik ağacların əkimi ilə başlayan, 24.06.2024-cü il tarixdə Xankəndi şəhərində keçirilmiş elmi-praktiki konfransda təsis edilən ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) platformasının tərkib hissəsidir.
Hazırki ağacəkmə tədbiri sayca 5-ci layihədir və bununla Bakı şəhərinin müxtəlif rayonlarında əkilmiş ağacların sayı 2500-ə çatıb.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











