Banner

Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - TƏFƏRRÜAT

Xəbərlər 12 Noyabr 2026 20:03
Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - TƏFƏRRÜAT
WhatsApp kanalımıza abunə olun

Ağsu rayonunda 9-cu sinif şagirdinə qarşısı cinsi zorakılığa məruz qalıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini 2001-ci il təvəllüdlü V.İ. rayon ərazisindəki bazarda 2011-ci il təvəllüdlü qızla tanış olub və ona mobil nömrəsini verərək, tanış olmaq istəyib. Bir müddət danışandan sonra qızla V.İ. arasında sevgi münasibətləri yaranıb. V.İ. qızla görüşmək istədiyini bildirib və qız da onunla razılaşıb. Oğlan onu rayon mərkəzinə gətirmək üçün taksi danışıb və taksi qızı götürüb oğlanın xalasının evinə gətirib. Evdə heç kim olmadığından açar da oğlanda olub. Onlar evdə bir neçə dəqiqə söhbət edəndən sonra V.İ. qızla qeyri-təbi yolla cinsi əlaqədə olub.

Bir müddətdən sonra onlar yenidən görüşüblər və həmin evə gedərək cinsi əlaqədə olublar.

Hadisədən bir neçə gün sonra oğlanla qızın münasibətləri pozulub və yeniyetmə qız polisə şikayət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.İ. saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə V.İ. Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib və bir il azadlıqdan məhrum edilib.

Oxunub : 32
ŞƏRH YAZ
Ad

E-mail

Şərh