170 obyekt metodiki tövsiyələri kobud şəkildə pozub - REYD

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 88 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 302 müəssisədə reyd keçirib.
Avtosfer.az xəbər verir ki,AQTA-dan verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 170-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
◾ Xətai rayonunda “İslam” market
◾ Nizami rayonunda “Ulduz” market
Digər rayon və şəhərlər üzrə:
◾ Bərdə rayonunda “Lahmacun” kafe və “Yaşar” market
◾ Gəncə şəhərində “Uğur” market
◾ Göygöl rayonunda “Böyük İsgəndər” restoranı
◾ Xaçmaz rayonunda “Ət dünyası”, Ağayev Abdulla Hüseynağa oğluna, Zülfüqarov Alim Aydın oğluna, İmanrzayev Üzeyir Ağarəhim oğluna məxsus ət satışı mağazaları
◾Neftçala rayonunda “Proqres” ərzaq mağazası, “Milla” market və Məmmədov Rasim Musa oğluna məxsus kafe

◾ Salyan rayonunda “Rəvan” market və Eyvazov Qadir Nadir oğluna məxsus ərzaq mağazası
◾ Göyçay rayonunda “Göyçay servis” və “Aysel” kafesi
◾ Şamaxı rayonunda “Azay” market, Cavadov Seymur Ağagül oğluna məxsus meyvə-tərəvəz satışı mağazası, Ələkbərov Qahir Sabir oğluna məxsus ət satışı mağazası və Həsənov Qubad İbad oğluna məxsus ərzaq mağazası
◾ Qəbələ rayonunda Osmanov İzzət Nüsrət oğluna, Aslanova Qəzalə Xandəmir qızına və Mirağayev Sahil Xanalı oğluna məxsus ərzaq mağazaları
◾ Zaqatala rayonunda Ramazanov Şahlar Şəmsəddin oğluna məxsus ərzaq mağazası
◾ Quba rayonunda “Olimp” və “Roman” kafesi
◾ Qusar rayonunda “İmperial”, “Oazis” restoranları və Nurəhmədov Zaur Yüzbəy oğluna məxsus kafe
◾ Cəlilabad rayonunda “Furqan” və “Sünbül” market
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










