22-ci bölmənin qarşısında polis zorakılığı – 2 QIZ VƏ BİR OĞLAN VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ - VİDEO

Nəsimi rayonu 22-ci polis bölməsinin qarşısında insident yaşanıb.
Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, post patrul maşınından düşürdülən iki qız və bir oğlanı vəhşicəsinə döyərək və təhqir edərək polis bölməsinə aparıblar. Saxlanılan oğlanın arxasınca gələn və onun döyülməsini istəməyən xanımlara da zorakılıq göstərən polis əməkdaşları, hər iki xanımı döyməyə başlayıblar. Xanımlardan birinə bölmənin daxilində başına xəsarət yetirdiyi də bildirilir. Ərazidəki insanlar buna mane olmaq istəsə də, buna baxmayaraq, polislər zorakılıqlarını davam etdiriblər.
İnsanların təzyiqiylə qarşılaşan polislər, saxlanılan oğlanı tutmasına səbəb kimi, başqa bir xanıma sataşması kimi əsaslandırıblar.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, yayılan informasiya tərəfimizdən tam və hərtərəfli araşdırılıb.
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı hər hansı zorakılıq, yaxud digər qanundankənar fakt təsdiqini tapmayıb.
İyulun 27-də paytaxtın Nəsimi rayonu Fizuli və Rəşid Behbudov küçələrinin kəsişməsində nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları hərəkət edən üç nəfərin sənədlərini təqdim etməsini tələb edib. Onlardan bir nəfərin icazəsi olmasına baxmayaraq, digər iki nəfər polisin qanunu tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərməklə, asayiş keçikçilərinin ünvanları nalayiq ifadələr işlədiblər.
Keçirilən tədbirlərə şəxsiyyətləri müəyyən olunan 1996-cı təvəllüdlü A.Dadaşov, 1984-cü il təvəllüdlü S.Məstanova saxlanılaraq müvafiq polis bölməsinə dəvət olunaraq, qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barələrində protokollar tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
Bu yollarda tıxac var - SİYAHI
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO










