3 kəndə giriş-çıxış bağlanıb
Gündəm
10 Sentyabr 2020 16:34
Oxunub 950

Bu gündən Gürcüstanın Tsaqeri bələdiyyəsinin 3 kəndinə yüksək epidemioloji risk səbəbindən giriş-çıxış bağlanıb.
“Report” xəbər verir ki, Orbeli, Lacana və Lailaşi kəndləri təcrid olunub.
Kənd sakinləri koronavirusla bağlı test olunurlar.
Qeyd edək ki, Tsaqeridə COVID-19-a 12 yeni yoluxma halı qeydə alınıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













