3 yaşlı uşağın ölümünə görə 4 ildir davam edən məhkəmə proseslərində 5-ci dəfə ekspertiza təyin edilib - FOTO

Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da, günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.
Press.az xəbər verir ki, həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.
4 ildir davam edən məhkəmə proseslərində artıq 5-ci dəfədir ki iş ekspertizaya göndərilib. Məhkəmə proseslərinin bu qədər uzadılmasının və 5-ci dəfə ekspertiza rəyinin təyin edilməsinin səbəbləri məlum deyil. Lakin qeyd edilir ki, bu müddət ərzində həkim-anestezioloqu İsmayıl Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.
Ekspertiza 5-ci dəfəki rəyində qeyd edib ki, azyaşlı A.Qurbanlıda müşahidə edilən qusmaların qida qəbulu ilə əlaqəsi yoxdur. Arzu Qurbanlının ölümündə birbaşa həkimin günahı olduğu, yaş həddi nəzərə alınmadan, əməliyyatdan öncə ona anestetik vasitə olan “Kolipsol” dərman preparatını 1-2 mq/kq vurmaq əvəzinə, normadan xeyli artıq - 150 mq dozada vena daxilinə yeritməsi anestioloji ağırlaşmaya səbəb olduğu bildirilib.
Bu barədə Press.az-a uşağın atası Sənan Qurbanlı məlumat verib.
Sonuncu məhkəmə 2020-ci il sentyabr ayının 4-də, 5-ci ekspertiza rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev tərəfindən keçirilib.
Növbəti məhkəmə prosesi 2020-ci il sentyabr ayının 29-da baş tutacaq.




Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












