35 avtobus sürücüsünə - CƏZA

Bu gün paytaxtda avtobuslarda keçirilən reyd zamanı 35 sürücü cəzalandırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli məlumat verib. V. İbrahimli qeyd edib ki, xətdən çıxarılan avtobusların bəziləri köhnə olub: “Bir neçəsi isə təzə olub, lakin onlarda Avropa Oyunları ilə əlaqədar avtobuslara vurulan reklam lövhələri cırılıb. Sürücülərin bir neçəsinin sənədi yerində olmayıb, bundan əlavə, üzütüklü olanlar, nəzərdə tutulmuş formanı geyinməyənlər də cəzalandırıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq protokol tərtib olunub. Cəriməni ödədikdən və qaydalara riayət etdikdən sonra xəttə buraxılacaqlar. Biz ay yarım əvvəl sahibkarlara xəbərdarlıq etmişdik ki, may ayının sonuna kimi avtobuslar yaxşı vəziyyətdə olsun. Amma bugünkü reyd zamanı bir neçə avtobusda bu xəbərdarlığa riayət edilmədiyi ortaya çıxdı”. Sərnişinlərin gündüz saatlarında reyd keçirilməsi ilə bağlı narazılığına gəlincə isə, V. İbrahimli qeyd edib ki, nöqsanları görmək üşün reydi iş saatlarında aparmaq lazımdır: “Məsələn, sürücü avtobusu harasa vurur, ya da ki qaydalara riayət etmir. Biz bunu qarajda görə bilmərik axı. Bunu iş prosesində etmək lazımdır”.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












