362 metrlik körpünün tikintisi başa çatır – FOTO

Ələt-Astara avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Xidmətindən oxu.az-a daxil olan məlumata görə, layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1 400 metrlik ərazidə aparılıb.
5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.
Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa 8.0x5.0 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib.
Ümumilikdə indiyə qədər yerinə yetirilmiş fiziki işlərin həcmi 96 faizdir. Artıq yeni körpüdə son tamamlanma işləri həyata keçirilir. Hazırda körpüdə asfalt-beton örtüyünün son aşınma qatının döşənməsi, tağın rənglənməsi və təhlükəsizlik məhəccərlərinin düzülməsi işləri aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA








