Binalarda internet problemi: ALTERNATİV YOXDUR!

Yaşayış binalarında tək provayderin fəaliyyət göstərməsi internet təminatı ilə bağlı müəyyən problemlər yaradır.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda internet üçün təyin olunan minimum tarif 25 manatdan başlayır:
“Lakin binalarda tək və ya iki provayderin olması qiymət fərqinə təsir etmir. İstehlakçılar tez-tez bir provayderin sürətinin yaxşı, digərininkinin isə zəif olduğunu bildirirlər. Nəzərə almaq lazımdır ki, internetin ana xəttini idarə edən əsas infrastrukturlar dövlətin nəzarətindədir.
Əslində, bu sahə çoxdan özəl idarəçiliyə həvalə olunmalı idi. “Aztelekom” və “Baktelekom” kimi dövlət operatorları əsas xidməti təmin edir, digər provayderlər isə xidməti onlardan alaraq vətəndaşlara ötürür. Bu nöqteyi-nəzərdən, bazarda “hansısa şirkət ucuz, digəri baha təklif edir” kimi sağlam və qiymətyönümlü rəqabət mühitinin formalaşması çətinləşir”.
Ekspert qeyd edib ki, binalardakı maraqlara gəldikdə isə seçim hüququ, əlbəttə ki, mülkiyyətçilərə (bina idarəçilərinə/sakinlərə) məxsusdur:
“Əgər hər hansı bir internet şirkətinin texniki imkanları çatırsa və həmin ərazidə şəbəkə qurmaqda maraqlıdırsa, mülkiyyətçilər müəyyən aylıq ödənişlər müqabilində həmin şirkətin binada xidmət göstərməsinə şərait yaradırlar.
Çünki 300-350 mənzilli böyük yaşayış binalarında xidmət təşkil etmək provayder üçün sərfəlidir və mülkiyyətçinin də bu əməkdaşlıqda öz maraqlarını qoruması təbii haldır. Rəqabət Məcəlləsi nöqteyi-nəzərindən aydındır ki, sağlam biznes mühiti yalnız azad rəqabət olan yerdə mümkündür.
Qeyd etmək lazımdır ki, tətbiq olunan 25 manatlıq minimum tarif region ölkələri ilə müqayisədə kifayət qədər yüksəkdir. Məsələn, qonşu Türkiyə və Gürcüstanda internet xidmətləri daha ucuz qiymətə təklif olunur”.
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH












