ASCO-nun quru yük daşımaları bir ildə 39 faiz ARTIB

"Azərbaycan Xəzər Dəniz Gəmişiliyi" QSC-nin (ASCO) quru yük gəmiləri ilə daşımaların həcmində bu ilin yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamika qeydə alınıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, 2025-ci ilin 9 ayında quru yük gəmiləri ilə 1 milyon 19 min 65 ton yük daşındığı halda, 2026-cı ilin analoji dövründə bu göstərici 39 % artaraq 1 milyon 415 min 187 tona çatıb.
Ümumi göstəricilərdəki bu yüksəliş dinamikası ötən ayda da özünü göstərib. Belə ki, bu ilin sentyabrında 163 min 90 ton yük daşınıb ki, bu da keçən ilin müvafiq ayındakı 143 min 115 tonla müqayisədə 19 min 975 ton və ya 14 % çoxdur.
Quru yük gəmiləri ilə tranzit daşımalarında da nəzərə çarpan artım baş verib. Yanvar–sentyabr aylarında tranzit yükün həcmi 1 milyon 14 min 615 ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 476 min 192 ton olub. Beləliklə, tranzit daşımalarının həcmi 538 min 423 ton və ya 113 % artıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












