45 Azərbaycan vətəndaşı İrandan ölkəyə qayıdıb

Koronavirusun yayılması ilə sərhəd buraxılış məntəqələrinin bağlandığına görə İranda qalan 45 Azərbaycan vətəndaşı Astara sərhəd buraxılış məntəqəsi ilə öz ölkəsinə qayıdıb. Bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonu sərhəd buraxılış məntəqəsinin direktoru Mənsur Babayi deyib. Onun sözlərinə görə, İranda tələbə olan Azərbaycan vətəndaşları Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və iki ölkə rəsmilərinin koordinasiyası ilə bu gün öz ölkəsinə qayıdıb.
Babayi əlavə edib ki, İranın Astara sərhəd buraxılış məntəqəsində azərbaycanlı tələbələrin bədən temperaturu ölçülüb.
Gömrük rəsmisi deyib ki, 1 martdan Astara sərhəd buraxılış məntəqəsi vətəndaşların keçidi üçün bağlanıb və bu proses 1 iyuladək davam edəcək.
Qeyd edək ki, koronavirusun yayılması ilə bir çox ölkə arasında sərhəd buraxılış məntəqələri bağlanıb.
İranda bu günədək (24 iyun) 212 501 nəfər koronavirusa yoluxub, 9 996 nəfər ölüb, 172 096 nəfər sağalıb. (Trend)
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir











