5 ağacı kəsib "Qazel"ə yükləyərək aradan çıxan şəxs cərimələnib - FOTO

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən gecə saatlarında İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 3 saylı dolayında müxtəlif cinsli beş ağacın kəsilməsi faktı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, təcili tədbirlər nəticəsində, polis əməkdaşlarının köməyi ilə ağacları kəsən şəxsin 23-BG-880 dövlət nömrə nişanlı Qazel markalı avtomobillə meşə ərazisindən uzaqlaşmaq cəhdinin qarşısı alınıb və qanun pozucusunun İsmayıllı rayon sakini İlyas Baxışov olduğu məlum olub.
Faktla bağlı akt, protokol tərtib edilib və İ.Baxışov 1332 manat məbləğində cərimə olunub.
ETSN İsmayıllı əhalisinə, xüsusilə də ağacların kəsildiyi meşə sahəsinə yaxın Qalıncaq kəndinin sakinlərinə müraciət edir ki, meşə sərvətlərinə bu cür münasibət bəsləyən həmkəndlilərini qaydaları pozaraq ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, ictimai yerlərdə qınasınlar, meşələrin mühafizə olunmasında köməklik göstərsinlər.
Namiq Musayev

Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO












