6 yol bağlandı: Fransada almanlara qarşı etiraz

Fransa fermerləri bu ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edən almaniyalı həmkarlarının əlindən təngə gəliblər. Bu səbəbdən Fermerlərin Regional Həmkarlar Federasiyasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilir.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, mindən çox fermer Fransa ilə Almaniyanı birləşdirən 6 magistral yolu bağlayıb. Məqsəd Fransaya gətirilən kənd təsərrüfatı məhsullarının qarşısını almaqdır. Yolu kəsmək üçün traktorlardan istifadə olunur.
Artıq bir neçə gündür ki, fransalı fermerlər ölkədə öz məhsullarının qiymətinin ucuzlaşmasına qarşı çıxırlar. Onlar hazırda mövcud bazar qiymətlərinin məhsula qoyulan xərcləri ödəməməsindən narahatdırlar. Fermerlər bu məsələdə xüsusilə rəqabət qaydalarını pozan almanıyalı həmkarlarını günahkar bilirlər.
Təsərrüfatçıların fikrincə, Almaniya öz məhsullarının ərsəyə gəlməsində Şərqi Avropadan köç etmiş işçi qüvvəsinin əməyinə üstünlük verir və Fransa ilə müqayisədə əməkhaqqının ödənilməsi üçün az xərc çəkir.
Oxşar gərginlik Fransa ilə İspaniya sərhədində də yaşanır. Fermerlər İspaniyadan ölkəyə hərəkət edən yük avtomobillərinin qarşısını kəsirlər.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










