65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, hər dəfə 1 ildən çox olmayaraq, ümumilikdə 5 ildən çox olmamaqla uzadıla bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib. Çalışma müddətinin uzadılması işəgötürənin, yəni ümumi təhsil müəssisəsinin həmin müəllimə ehtiyacı olduqda həmin müəllimin razılığı əsasında həyata keçirilə bilər.
Məlumatda qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, tədris ili ərzində çalışmanın yaş həddinə çatan müəllimlərlə öz razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılır.
"Tədris ilinin sonunda yaranacaq vakansiya yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilir. Belə ki, tədris ilinin yekunlaşması ilə əlaqədar mövcud kadr ehtiyacına uyğun olaraq təhlillər və yaş həddinə çatmış müəllimlərin müəssisədə çalışma müddəti ilə bağlı dəqiqləşdirmələr aparılır".
Sonda bildirilib ki, proses yekunlaşdıqdan sonra təqaüdə çıxacaq müəllimlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












