“Abel Məhərrəmovla bağlı qərarı rektor verməlidir” - YAP-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Abel Məhərrəmovla bağlı qərarı BDU-nun rektoru verməlidir:
“Abel Məhərrəmov YAP-ın üzvü olmağına baxmayaraq, BDU-nun Üzvi kimya kafedrasının müdiri olduğuna görə onunla bağlı qərarı biz verə bilmərik.
Karantin qaydasını pozduğuna, məclisdə iştirak etdiyinə görə onu BDU-nun rektoru Elçin Babayev cəzalandırmalıdır”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











