Abituriyentləri ən az bal toplayan rayonlar - SİYAHI

Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2 faizi imtahandan “2”, 20.4%-i “3”, 28.3%-i “4”, 11.1%-i isə “5” qiymət alıb. Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlilində əksini tapıb. 2018-ci ildə bu göstəricilər, uyğun olaraq, 46.4%, 18.4%, 23.6%, 11.7% olub. Ötən il “2” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi artıb, “5” qiymət alanların faizi isə nisbətən azalıb. Qəbul olanların 25.4%-ni “3”, 49.5%-ni “4”, 19.2%-ni isə “5” qiymət alanlar təşkil edib. V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən abituriyentlərin 62.16%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 60-dan az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin çoxunun (62.16%) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən 100 və daha yuxarı bal intervallarında olub (57.76%). Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, Daşkəsən və Şamaxı rayonlarının ötən il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











