ABŞ ən güclü PUA-larını Rusiya sərhədinə GÖNDƏRİR

Pentaqon bir neçə üsulla Şərqi Avropada Moskvanın qarşısını almağa çalışacaq. Bura çoxmillətli hərbi təlimlərin keçirilməsi, strateji əhəmiyyətli ərazilərdə yerüstü uzaqmənzilli qanadlı raketlərin və müşahidə vasitələrinin yerləşdirilməsi daxildir.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” jurnalında yayımlanan məqalədə bildirilib.
“Əfqanıstanda, eləcə də İŞİD-in qalıqlarına qarşı əməliyyatlar aparan ABŞ Hərbi Hava Qüvvələrinin 25-ci zərbə qrupu əməliyyatların mərkəzini dəyişir. İndi bu qruplaşma Avropada əməliyyatlar aparacaq. Bunun üçün Rumıniya və Baltikyanı ölkələrə “MQ-9 Reaper” kəşfiyyat-zərbə PUA-ları göndərilir”, – məqalədə bildirilib.
Məqalə müəllifinin yazdığına görə, terrorçulara qarşı hərbi əməliyyatlarda iştirak edən bu PUA-lar indi nəhənglərlə savaşda qiymətli silah ola bilər:
“Onun texniki effektivliyi və dəqiqliyi buna imkan verir, çünki “Reaper” düşmən hədəflərini izləyir və məhv edir. Bundan başqa ABŞ Hərbi Hava Qüvvələri yüksək texnologiyalı rəqiblə mübarizə aparmaq üçün bu silahı daim yeniləyir. Hazırda “MQ-9 Reaper” stels texnologiyasına malik deyil”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












