"Açıq havaya çıxmayın" - XƏBƏRDARLIQ

“Son günlər havaların isti keçməsi ilə əlaqədar olaraq günvurma ilə bağlı təcili yardıma gün ərzində bir neçə müraciət olub. Bunlar əsasən çimərlik ərazilərində olanlardır, 1 nəfər isə evdə olarkən müraciət edib”. Bunu publika.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. “Müraciət edənlər əsasən günəş şüalarından qorunmayan şəxslər olub. Onlara ilkin yardım göstərilib, xəstəxanaya aparmağa ehtiyac olmayıb. Ümumiyyətdə, uşaqlar arasında günvurmalar az olur. Müraciətlər əsasən gənc və ortayaşlı insanlar olub. Ona görə də məsləhət görərdik ki, vətəndaşlar səhər saat 11:00-dan 17:00-a qədər günün ən pik isti saatları olduğundan açıq havada olmasınlar. Kölgədə olmaq, gün ərzində çoxlu maye, sərinləşdirici işçilər qəbul etmək lazımdır. Yüngül, təbii materiallardan hazırlanmış paltarlar geyinmək lazımdır. Uzun müddət günəş şüası altında işləməli olanlar baş örtüklərindən istifadə etməlidirlər. Çalışmaq lazımdır ki, həmin saatlar kölgədə, yaxud havası təmiz olan yerlərdə olsunlar. Qida rasionuna gəldikdə, kalorili qidalardan uzaq durub, tərəvəz, bitki tərkibli qidalar qəbul etmək lazımdır”.
R.Nağıyev onu da əlavə edib ki, may ayından bu günə qədər 34 günvurma hadisəsi qeydə alınıb. Onlardan 10-u xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, sabah ölkə ərazisində temperatur 42 dərəcəyə yüksələcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












