ADY-dən üztanıma sistemi ilə bağlı açıqlama - YENİLƏNİB

İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay - üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb.
Avtosfer.az xəbər verir ki, hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq.
Rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.
***14:11
Sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin üztanıma sistemi ilə ödənişdə problem yaşaması kimi edilən paylaşımlara "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən aydınlıq gətirilib.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə istifadəyə verilən ödəniş sisteminin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır.
"Müvafiq xanaya AA, AZE seriyaları daxil edilib, bu gün isə AB seriyası da əlavə edilib. Artıq “iOS” sistemi ilə çalışan cihazların sahibləri mobil tətbiqi yeniləməklə qeyd edilən prosedurda AB seriyasını da görə bilər və müasir xidmətimizdən yararlana bilərlər. Tezliklə “Android” sistemi ilə çalışan cizahlarda da AB seriyası aktivləşdiriləcək. Yəni üztanıma sisteminin bu səbəbdən müvəqqəti olaraq aktivləşdirilə bilinməməsi “ödənişdə problem yaranması” demək deyil. Gediş haqqını həm üztanıma sistemi, həm “ADY Mobile” tətbiqi, həm NFC, həm də bank kartları və ADY-nin fiziki kartları (yeri gəlmişkən fiziki kartların balansını onlayn artırmaq imkanı da var) ilə ödəmək mümkündür",- məlumatda bildirilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












