“ADY Express” 8500 ton bitumun Ukraynaya ixracını həyata keçirib - FOTO

“ADY Express” MMC yeni növ ixrac yüklərinin daşınma prosesini davam etdirir. MMC-dən bildirilib ki, bu dəfə Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan bitum Ukraynaya nəql edilməyə başlayıb.
Layihə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin birgə layihəsidir. İlkin olaraq ümumilikdə 8500 ton bitum 130 çən vaqona yüklənərək Ukraynaya göndərilib. “ADY Express” tərəfindən təqdim olunan vaqonlar, Heydər Əliyev adına Neft Emalı Zavodunda bitumla yükləndikdən sonra yola salınıb.
Çən vaqonlar Azərbaycandan Gürcüstana oradan Qara dənizdən bərə vasitəsilə keçərək Ukraynanın Orlovşina və Vasilkov stansiyasına çatdırılır. Daşıma prosesi 2 mərhələdən ibarət olub. 1-ci mərhələdə 4500 ton bitum 70 çən vaqona yüklənərək yola salınıb, 2-ci mərhələdə 4000 ton yük 60 vaqona yüklənərək daşımaya start verilib.
Azərbaycandan Ukraynaya bu növ yüklərin davamlı nəql edilməsi nəzərdə tutulub.


Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












