ADY sədri dəmir yollarının ətraf mühitə qayğısından danışıb - FOTOLAR

ADY sədri Rövşən Rüstəmov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan müzakirələrdə iştirak edib və ADY-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gördüyü işlər barəsində danışıb.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən Rövşən Rüstəmov dəmir yollarının qarşısında 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmaq hədəfi qoyulduğunu və buna nail olmaq üçün günəş paneli daxil olmaqla bərpaolunan enerji resurslarından istifadənin genişləndirildiyini, nəticədə ADY-nin ötən il emissiyaların 9% azaldılmasına nail olduğunu bildirib.

ADY sədri növbəti addım olaraq enerji səmərəliliyi və elektrikləşdirmə texnologiyalarının tətbiqi ilə dəmir yollarında infrastruktur yeniləmələrinin həyata keçirildiyini qeyd edib.
Rövşən Rüstəmov, eyni zamanda, ADY-nin bu il dəmir yollarının tarixində ilk dəfə olaraq “Dayanıqlılıq Hesabatı”nı dərc edəcəyini, bu hesabatda inkişaf səylərinin qlobal ekoloji hədəflərlə uyğunlaşdırılması ilə emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və ətraf mühitin qorunması üzrə əldə edilən nailiyyətlərin ətraflı təsvir olunacağını deyib: “Bərpaolunan enerji ilə yanaşı infrastrukturu və qatarlarımızı yeniləməyə də sərmayə qoyuruq. Buraya enerji səmərəliliyi texnologiyalarının tətbiqi, logistikada təkmilləşmələr və dəmir yolu şəbəkəmizin elektrikləşdirilməsinin genişləndirilməsi daxildir. Elektrikləşdirmə xüsusilə ümidvericidir, çünki bu, həm emissiyaları azalda, həm də əməliyyatlarımızı daha səmərəli edə bilər”.

ADY sədri çıxışı zamanı Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər beynəlxalq qurumlarla əməkdaşlıqların emissiyaları azaltmaq və dəmir yollarını müasirləşdirmək, dolayısı ilə beynəlxalq nəqliyyat bağlantılarını ekoloji cəhətdən təmiz etmək baxımından mühüm rola malik olduğunu qeyd edib.
Bu kontekstdə Avropa və Asiyanı Azərbaycan üzərindən birləşdirən Orta Dəhlizlə yükdaşıma müddətləri qısalır və nəqliyyat xərcləri 40%-ə qədər azaldılaraq daha sürətli tranzit imkanları yaradılır. Daha qısa müddətdə daha sürətli yük əməliyyatları yaşıl və dayanıqlı gələcəyi dəstəkləmək potensialı vəd edir.
Orta Dəhlizdən danışan Rövşən Rüstəmov, həmçinin bu ilin 20 sentyabr tarixində Avstriya, Türkiyə, Çin və bir neçə Mərkəzi Asiya ölkəsindən olan dəmiryol administrasiyalarının rəhbərləri ilə Avrasiya Nəqliyyat Marşrutu (ANM) Beynəlxalq Assosiasiyanın yaradılmasının müzakirə olunduğunu xatırladıb, ANM-in Orta Dəhliz boyunca dayanıqlı və inklüziv inkişafı təşviq edəcəyini, eyni zamanda keçdiyi ərazilərdə ətraf mühiti və icmaları qorumaq öhdəliyinə sadiq qalacağını bildirib.



Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










