Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA

Güclü külək nəticəsində ağacların aşaraq avtomobillərə, fərdi yaşayış evlərinə, mənzillərə və digər əmlaklara ziyan vurması halları maddi itkilərə səbəb olur. Belə vəziyyətlərdə vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də dəymiş zərərin sığorta şirkətləri tərəfindən qarşılanıb-qarşılanmamasıdır.
Bəs ağacın aşması nəticəsində avtomobilə və ya evə ziyan dəydikdə sığorta ödənişi almaq mümkündürmü?
Mövzu ilə bağlı sığorta eksperti Emil Ağabağırov bildirib ki, bu cür hadisələrdə dəymiş zərərin qarşılanması əmlakın hansı sığorta növü ilə sığortalanmasından asılıdır.

“Güclü külək zamanı ağacların avtomobillərin üzərinə aşması, eləcə də fərdi yaşayış və bağ evlərinə, mənzillərə, qeyri-yaşayış obyektlərinə ziyan vurması halları ilə rastlaşılır. Belə vəziyyətlərdə əmlakın sığortası olduğu təqdirdə və sığorta təminatının şərtləri hadisəni əhatə etdikdə ödəniş almaq mümkündür”.
O, qeyd edib ki, fərdi yaşayış evləri, bağ evləri və qeyri-yaşayış obyektləri üzrə icbari və ya könüllü daşınmaz əmlak sığortası mövcud olduqda dəymiş zərər qarşılana bilər.
Avtomobillərə gəlincə, ekspert bildirib ki, ağacın aşması nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər yalnız könüllü KASKO sığortası çərçivəsində ödənilir. Bunun üçün avtomobil sahibinin qüvvədə olan KASKO müqaviləsi olmalıdır.
Emil Ağabağırovun sözlərinə görə, ağacın qırılaraq avtomobilin üzərinə düşməsi və nəqliyyat vasitəsini zədələməsi KASKO sığortası üzrə sığorta hadisəsi hesab olunur və bu halda sığorta şirkəti tərəfindən ödəniş həyata keçirilə bilər.
Beləliklə, güclü külək zamanı ağacların aşması nəticəsində yaranan maddi zərərin qarşılanması əmlakın sığorta növündən və müqavilənin şərtlərindən asılıdır. Vətəndaşların bu cür gözlənilməz hadisələrdən yaranan maliyyə itkilərini azaltmaq üçün sığorta təminatının əhatə dairəsini əvvəlcədən dəqiqləşdirməsi vacibdir./konkret.az
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY












