Ağac kəsən sahibkarın işi məhkəməyə göndərildi

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonu Tülər kəndi ərazisində meşə ağaclarının qanunsiz olaraq kəsilərək odun materialı kimi istifadə edilməsi barədə məlumatlar yayılıb.
Quba rayon prokurorluğundan verilən məlumata görə, müəyyən edilib ki, Quba rayonu Tülər kənd sakini Yasər Baxışovun işlətdiyi taxta emalı sexinə baxış keçirilən zaman qanunsuz yolla əldə olunmuş odun materialının aşkar edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılıb.
Araşdırma zamanı Yasər Baxışovun kənd sakinlərinin həyətlərində kəsdiyi ağacları alması, özünə məxsus torpaq sahəsində olan köhnə ağacları kəsərək yerinə meyvə bağı salması, kəsdiyi ağacları taxta emalı sexində doğrayaraq yeşik taxtası düzəltməsi müəyyən edilib.
Yasər Baxışovun əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğu üçün, 27 avqust 2020-ci il tarixdə Quba rayon prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












