Ağalı sakinləri bu tarixdə Zəngilana qayıdır - RƏSMİ

"İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılır".
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, əhalinin ilk qrupunun Ağalıya köçürülməsi iyulun 19-u həyata keçiriləcək:
"Köçürmə prosesini 4 mərhələdə həyata keçirəcəyik. Sakinlərin ilk qrupu iyulun 19-u Ağalıya aparılacaq. Birinci mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onların yaş kateqoriyasına gəlincə, orta yaşlı sakinlər üstünlük təşkil edir".
İbrahim Mirzəyev onu da bildirib ki, sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin ediləcək.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə “ağıllı kənd” layihəsi azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində icra olunur. Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib.
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












