Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır - FOTO

Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır. Avtosfer.az xəbər verir ki, “Baku.ws”in "qaynar xətti"nə daxil olan şikayətə görə, Ağdam–Ağcabədi yolunun təxminən 15 kilometrlik hissəsi illərdir bərbad vəziyyətdədir. Sakinlərin bildirdiyinə görə, bir neçə il əvvəl ərazidə yol təmiri işlərinə başlanılıb, asfalt örtüyü tamamilə qazılaraq çıxarılıb, lakin işlər yarımçıq saxlanılıb. Artıq 3 ildir ki, həmin yolda nə təmir aparılır, nə də baxım göstərilir. Yol boyunca yaşayan kənd sakinləri bildirirlər ki, toz və çirk səbəbindən nəfəs almaq çətinləşib, nəqliyyat vasitələri isə daimi nasazlıqla üzləşir. Sakinlər aidiyyəti qurumlardan Ağdam–Ağcabədi yolunda təmir işlərinin bərpasını və yaranmış problemlərin aradan qaldırılmasını tələb edirlər.
Mövzu ilə bağlı lazımi quruma sorğu göndərildi.
Xatırladaq ki, eyni problemlə bir neçə dəfə reportaj hazırlamışıq. "Əzablı yollarla - Azərbaycanda insanları işgəncəyə salan daha bir yol" adlı reportajda problem daha aydın şəkildə işıqlandırılmışdı. Lakin hələ də, məsələnin həll yolu tapılmayıb.
![]()
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












