Ağdaşda karantini pozan 2 çayxananın fəaliyyəti dayandırılıb - FOTO

Ağdaşda ictimai iaşə müəssisələrində reyd keçirilib, qaydaları pozanlar cərimələnib Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində sanitar-karantin rejim qaydalarının pozulduğu ictimai iaşə müəssisələri aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının da iştirakı ilə keçirilən reyd zamanı karantin rejimi qaydalarına əməl etməyən, eləcə də sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe, restoran və çayxanalar aşkarlanıb. Polis və AQTA əməkdaşları sahibkarlar və icarədarlarla profilaktik söhbətlər aparıb, tələblərə riayət etmələrinin həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin, gözəllik salonlarında, bərbərxanalarda, mağazalarda və digər qapalı məkanlarda da reyd davam etdirilib. Polis əməkdaşları bəzi icarədarların, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiklərini aşkarlayıblar.
Ümumilikdə, qaydaları pozduqları üçün 2 çayxananın fəaliyyəti dayandırılıb, 11 şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.





Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












