“Ağıllı ol” sözü cinayətə səbəb oldu - MƏHKƏMƏ

Quba rayonunda adam bıçaqlamaqda təqsirləndirilən Rəşad Aydəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov Qubanın Digah kənd sakini Coşqun Həsənbəyova bıçaqla xəsarət yetirib.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan R.Aydəmirov dindirilmə zamanı törətdiyi əməli etiraf edərək C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Məlum olub ki, Bakıda yaşayan və anasıgilə qonaq gələn R.Aydəmirov kafedə yeyib-içmək məclisi düzəldib: “Sonra Coşqun gəldi ki, mən də istəyirəm sizinlə yeyib-içim. Gedib araq aldı, süfrəni düzəltdi. Hər şey normal idi. Çıxanda kafedə bir qohumumu gördüm. Ona zarafatla “ağıllı ol” dedim, bu qayıtdı ki, ona niyə elə dedin? Həmin adam da buna bizim zarafatımızın olduğunu bildirdi. Coşqun bir az sonra mənə “özün ağıllı ol” dedi və aramızda dava düşdü. Bir-iki dəfə qaldırıb vurdum yerə. Gördüm alınmır, mətbəxdən bıçağı götürdüm. Özüm də bilmədim, vurdum. Mənə lazım deyildi heç, onunla görüşməyimə də peşmanam”.
R.Aydəmirova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. (“Report”)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










