Ağstafada kafe sahibi və müştəriləri həbs edildi - FOTO

Ağstafa rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N. Abduyeva 300 manat miqdarında cərimə edilib, E. Atakişiyev 15, F. Yolçuyev 20, İ. Yolçuzadə 7, X. Dünyəmov 15, Ş. Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












