Ağsu aşırımında yeni yolun salınması üçün təkliflər hazırlanır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsi aktiv torpaq sürüşməsi olan ərazi kimi qalmaqda davam edir. Asfalt yolda iri ölçüdə çatlar var və sürüşmə Ağsu aşırımının bir neçə yerində müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "report"a bildirib ki, hazırda ərazidə araşdırma işləri aparılır.
"Ağsu aşırımı sürüşmə zonası olduğundan, orada süxurların xarakterinə uyğun geoloji-axtarış işləri aparılır. Burada yeni avtomobil yolunun salınması üçün təkliflər hazırlanır", - A.Nəcəfli əlavə edib.
Qeyd edək ki, Ağsu aşırımından keçən ağır tonnajlı nəqliyyat vasitələri, bundan başqa, ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin kommunikasiya xətlərinin olmaması aktiv sürüşmə zonasını bir qədər də sərtləşdirir. Kommunikasiya xətlərinin olmaması həmin obyektlərin tullantı sularını birbaşa yamaca axıtmasına gətirib çıxarır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












