TAPŞIRIQ verilsə də, avtobus sürücüləri kondisioneri İŞƏ SALMIR – Rəsmi AÇIQLAMA

Havaların isti keçməsinə baxmayaraq avtobusların əksəriyyətində sərinləndirmə sistemləri işlək vəziyyətə gətirilmir. İsti və nəfəssiz salonda, sərnişinlər tər tökə-tökə getsə də, sürücülərin kondinsioneri yandırmaq yadına düşmür.
Üstəlik sərnişinlərin narazılığına belə məhəl qoymurlar. Ya “kondisioner işləmir” bəhanəsini dilə gətirirlər, ya da özlərini sadəcə eşitməzliyə vururlar.
Tıxaclı yolda, aram-aram hərəkət etdiyi üçün şüşələrindən belə salona hava daxil olmayan avtobusda oturmaq sadəcə işgəncədir.
Bu gün növbəti dəfə “BakuBus” MMC-nin 2 və 14 nömrəli marşrutlarda kondisioner sisteminin işləməməsi sərnişinlərin haqlı narazılıqlarına səbəb olub.
Bizim.Media-ya müraciət edən bir neçə sərnişin deyib ki, sürücülər nə kondinsioneri, nə də ventilyasiya sistemini işə salır
“Hər il eyni problemlə qarşılaşırıq. Nə qədər əziyyət çəkmək olar? Sanki öz ciblərindən ödəyirlər. İnsanlara zülm etmək xoşlarına gəlir, anlamıram. Pik saatlarda sərnişin sıxlığı olduğundan mənzilbaşına çatmaq olmur. Aidiyyəti qurumun qaynar xəttinə də şikayət etmişik. Amma baxan yoxdur”.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır:
“Müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib.
Prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir.
Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












