Aldığı avtomobili adına rəsmiləşdirə bilmir - Səbəb çox maraqlıdır - VİDEO

Şəki sakini Fərhad Nəsibov aldığı avtomobili öz adına rəsmiləşdirə bilmir.
Avtosfer.az-ın məlumatına görə, Aşağı Laysqı kənd sakini Fərhad Nəsibov ötən ilin oktyabrında Qaxın Qarabaldır kənd sakini Əfqan Məmmədovdan avtomobil alıb.
Bu yaxınlarda maşını öz adına sənədləşdirmək istədikdə məlum olub ki, nəqliyyat vasitəsinin mühhərriki dəyişdirilib və sənəddə olan nömrə qaynaqlanıb.
Nəticədə də Fərhad Nəsibov avtomobili qaytararaq pulunu geri istəyib və bu zaman onlar arasında ciddi mübahisə olub.
Ailədən bildirirlər ki, onlar avtomobili xəstəni tez -tez həkimə aparmaq üçün alıblar.
Məsələ ilə bağlı avtomobili satan Əfqan Məmmədovun da mövqeyini öyrəndik. O, bildirib ki, avtomobili bir neçə il əvvəl Qəbələdən alıb. Bu illər ərzində də dəfələrlə onu texniki baxışdan keçirib və heç bir problemlə üzləşməyib. Onun iddiasına görə, nəqliyyat vasitəsini satarkən də alıcı Fərhad Nəsibov 2 nəfər usta ilə gələrək avtomobili yoxlayıb. Razılaşdıqdan sonra alqı-satqı baş tutub:
“Əgər yəni sahibinin narazılığı varsa, istənilən hüquqi instansiyaya mürəciət etsin, təqsirkar da cəzalandırılsın”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, sənədləşdirmə prosesində sözügedən avtomaşına müdaxilə olunduğu aşkarlanıb. Tərəflər arasındakı mübahisənin predmeti olan müdaxiləni kimin etməsi mülki məhkəmə tərəfindən aşkarlanmalıdır.
Mütəxəsislər isə bildirirlər ki, oxşar vəziyyətlə üzləşməmək üçün avtomobil alan şəxs onun banını, mühərrikini, sürətlər qutusunu, yəni bahalı hissələrini uyğun avtoservisdə yoxlatmalı, bundan sonra alqı-satqıya başlamalıdır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











