Məşhur aktyor metroda gecələdi - FOTO

Dünyaca məşhur “Game of Thrones” serialında “Xayme Lannister” obrazı ilə qlobal şöhrət qazanan danimarkalı aktyor və BMT-nin xoşməramlı səfiri Nikolay Koster-Valdau Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Avtosfer.az xəbər verir ki, danimarkalı ulduz Rusiya ordusunun raket və dron hücumları zamanı həyəcan sirenlərinin işə düşməsi ilə Kiyev metrosuna sığınıb.
Aktyor təhlükə siqnalı aradan qalxana qədər yerli sakinlərlə birlikdə metro stansiyasında gözləyib, gecəni qatlanan çarpayıda istirahət edərək keçirib və ukraynalılarla xatirə şəkilləri çəkdirib.
Səfər çərçivəsində Kiyevin Podilski rayonundakı barlardan birində görünən Hollivud ulduzunun Ukraynaya gəlişinin dəqiq məqsədi hələlik rəsmi olaraq açıqlanmayıb.
2016-cı ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri olan Koster-Valdau iqlim dəyişikliyi, gender bərabərliyi və humanitar layihələrdə aktiv iştirak edir.
Qeyd edək ki, o, 2026-cı ilin fevralında Danimarka Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə də aparıcı Ukrayna müəlliflərinin əsərlərini səsləndirməklə Ukraynaya dəstəyini nümayiş etdirmişdi.






Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












